FİA 2013-cü ildə “pillə” problemini həll edəcək?

Builki maşınların burun elementindəki “pillə” yalnız jurnalistlərin tənqidinə məruz qalmayıb – bir çox mühəndis və sürücülər də yeni maşınların xarici […]

Builki maşınların burun elementindəki “pillə” yalnız jurnalistlərin tənqidinə məruz qalmayıb – bir çox mühəndis və sürücülər də yeni maşınların xarici görünüşündən narazı qalıblar, amma başqa çıxış yolu yoxdur: mühəndislər şassinin ön hissəsini keçənilki kimi hündür saxlamaq istəyiblər, hərçənd burun elementinin hündürlüyü yeni reqlamentə görə aşağı endirilib.

Bu problemi həll etmək üçün FİA 2013-cü ilin reqlamentində şassinin ümumi hündürlüyünü də aşağı sala bilər. Ekspertlər hesab edirlər ki, əgər FİA bu dəyişikliyi tətbiq etməyə qəti qərar veribsə, komandalara mart ayında artıq xəbər verilməlidir ki, gələn mövsümün maşınının hazırlanmasında artıq yeni qaydalar nəzərə alınsın – axı bir aydan sonra komandalar artıq gələn ilin maşınları üzərində işə başlayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*