16 Dekabr 2017, Şənbə - 01:46

Fettelə görə sevinənlər…

Fettelə görə sevinənlər…

Müəllif: Rauf Hacıyev, redaktor

06:07 - 06 İyul, 2017

Red Bull komandasının idman məsləhətçisi, Formula1-in rəhbəri Çeyz Keri, Fettelin keçmiş komanda başçısı Gerhard Berger Azərbaycan yarışında rəqibinə çırpılan Fettelin cəza almamasına görə seviniblər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycan yarışında əsas rəqibi Həmiltona bilərəkdən çırpılmış və buna görə də 10 saniyəlik dayan və get cəzası almışdı. Lakin FİA dördqat Dünya Çempionunu yenidən araşdırmış və Fettelə yalnız sosial xidmət cəzası verməklə kifayətlənmişdi.

Helmut Marko: “Ona yeni cəza verilmədiyi üçün dəli kimi sevindim. Bu, Həmiltonun hərəkətinə qarşı verilən emosional reaksiya idi”.

Çeyz Keri: “Yarış zamanı yaşanmış kiçik hadisədən heç kimə ziyan gəlməz. Həyəcanlı bir mövsümdür. Bakıda Rikkardo kimi yeni qalibimiz oldu. İstəyirik ki, bu cür hallar gələcəkdə də davam etsin”.

Gerhard Berger: “Sosial xidmət cəzası aldı. Bu çox qəribədir. Vaxtında Naomi Kempbel də bu cür cəza almışdı. İkisi də bir-birilə yarışa bilərlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 656
Teqlər , , , , , ,
Paylaş

logo