11 Dekabr 2017, Bazar ertəsi - 09:56

Ferrari-nin gələcək hədəfləri

Ferrari-nin gələcək hədəfləri

Müəllif: Rauf Hacıyev, redaktor

08:23 - 10 Mart, 2017

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, komandası əvvəlki kimi məğlubedilməz olmalıdır.

F-1.az xatırladır ki, Ferrari 1999-2008-ci illərdə 8 dəfə mühəndislər, 6 dəfə isə sürücülər kubokunu qazanıb. Amma “qırmızılar” artıq son 3 mövsümdən 2-də qələbə belə qazana bilməyiblər.

Bütün bunlara baxmayaraq, “şahə qalxan atlar” mövsümöncəsi testlərdə rəqabətədavamlı görünürlər. Ferrari testlərin ilk 7 günündə Mercedes-ə ən yaxın komanda təəssüratı bağışlayıb.

Sercio Markionne: “Yeni bolidimiz çox inamlı görünür. Keçən illə müqayisədə böyük addım atmışıq. Barselona testlərini yaxından izləyirəm. Yaxşı nəticələr alırıq və iki sürücümüz də çox xoşbəxtdirlər. Təbii ki, məqsədimiz qalib gəlməkdir. Amma bunun nə vaxt olacağını bilmirəm. Amma bolidin hazırkı vəziyyətindən razıyam və yeni reqlamentin hesabına vəziyyəti xeyrimizə dəyişməyə çalışırıq. 9 ildir ki, çempion ola bilmirik. Bu il də alınmasa, 10 il olacaq. Ferrari kimi komanda üçün bu uzun müddətdir. Ferrari Şumaxer dövründəki kimi məğlubedilməz olmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 173
Teqlər ,
Paylaş

logo