19 Noyabr 2017, Bazar - 08:52

Ferrari maşının modernizəsi ilə tələsir

Ferrari maşının modernizəsi ilə tələsir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:00 - 29 Mart, 2012

Ferrari komandasının başçısı Stefano Domenikalinin sözlərinə görə, Fernando Alonsonun Malayziyada gözlənilməz qələbəsindən sonra Skuderiyanın kollektivi F2012-nin modernizəsini daha ruh yüksəkliyi […]

Ferrari komandasının başçısı Stefano Domenikalinin sözlərinə görə, Fernando Alonsonun Malayziyada gözlənilməz qələbəsindən sonra Skuderiyanın kollektivi F2012-nin modernizəsini daha ruh yüksəkliyi ilə davam etdirəcək…

Stefano Domenikali: “Bir həftə əvvəl bizim nəticələrin səviyyəsi bizi qane etmirdi, amma indi statistikaya baxın: Alonsonun sayəsində biz çempionata başçılıq edirik və bu əla xəbərdir. Amma qələbə heç nəyi dəyişmir: komandanın bazasında gərgin iş gedir, çünki biz maşının sürətini artırmalıyıq. Mən əməkdaşlarımızı tələsdirirəm ki, bu məsələlər maksimum qısa müddətə həll olunsun.

Biz emosional anlar yaşayırıq: sərt pressinqə baxmayaraq, indi biz rahat nəfəs ala bilərik və mən ümid edirəm ki, Maranelloda maşının təkmilləşdirilməsi ruh yüksəkliyi ilə davam edəcək.”

Gözlənilir ki, Çində Ferrari bəzi texniki yeniliklər göstərəcək. Amma İspaniya Qran Prisinə Maranelloda tam kompleks yeniliklər hazırlanır, söhbət korpusun yenilənmiş detallarından, yeni yan pantonlardan və tam yenilənmiş qazburaxma sistemindən gedir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 186
Teqlər
Paylaş

logo