19 Dekabr 2018, Çərşənbə - 01:54

Ferrari Kanada Qran Prisinə motorunu modernizə edəcək

Ferrari Kanada Qran Prisinə motorunu modernizə edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:51 - 21 Aprel, 2015

Sky Sports-un bildirdiyinə görə, Ferrari komandası Mercedes AMG komandasına çatmaq üçün güc qurğusunu iyun ayında keçiriləcək Kanada Qran Prisinə qədər […]

Sky Sports-un bildirdiyinə görə, Ferrari komandası Mercedes AMG komandasına çatmaq üçün güc qurğusunu iyun ayında keçiriləcək Kanada Qran Prisinə qədər ciddi modernizə edəcək.

Skuderiyanın cari mövsümdə əldə etdiyi tərəqqi hamını təəccübləndirib və komandanın azarkeşlərini sevindirib. Amma çempionat iştirakçılarının çoxu İspaniya Qran Prisinə yeni motor gətirməyi planlaşdırdıqları halda, Ferrari yalnız iyun ayına köklənib. Maranellodan olan motor ustalarının reqlamentə əsasən ixtiyarlarında 10 şərti bal var – 2015-ci ildə keçənilki motorun üzərində 32 ballıq modernizə işləri görmək olardı və italiyalı motor ustaları bu icazədən yalnız 22 balı israf ediblər. Yaxın günlərdə 5 balı da sərf edən motoristlər stend testlərindən sonra yenilənmiş mühərriyi Kanada Qran Prisində komandaya təqdim etməlidir.

F-1.az Britaniya telekanalına əsasən bildirir ki, yeni motor sələfindən 20-30 at qüvvəsi güclü olacaq.

Hərçənd, müəyyən aerodinamik yeniliklər Skuderiya artıq Barselonada yoxlayacaq, bu məlumatı komandanın başçısı Mauritsio Arrivabene təsdiq edib: “Bütün komandalar kimi biz də Barselonaya bəzi yeniliklər gətirəcəyik. İndidən bu yeniliklərin nədən ibarət olmasını sizə söyləmək istəmirəm, sadəcə təkrar edirəm ki, biz irəliyə doğru tədricən, addım-addım irəliləyirik və ümid edirəm ki, komandanın kompleks yenilikləri bizi daha rəqabətədavamlı edəcək”.

Arxada qoyduğumuz həftə Kimi Rəykkönen Bəhreyn Qran Prisində 2-ci, Sebastyan Fettel isə 5-ci olmuşdu, bununla da Ferrari Mühəndislər Kubokunda mövqeyini möhkəmləndirib: mövsümün ilk 4 yarışından sonra Skuderiya Mercedes AMG-dən 52 xal geri qalır və Williams-ı xeyli qabaqlayır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 429
Teqlər , , , , ,
Paylaş

logo