21 Yanvar 2018, Bazar - 16:10

Ferrari Fyoranoda çəkiliş günü keçirir

Ferrari Fyoranoda çəkiliş günü keçirir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:26 - 19 Yanvar, 2016

Bu gün Ferrari komandası Fyoranoda çəkiliş günü keçirir – FİA tədbir barədə xəbərdar olunub.

F-1.az xatırladır ki, reqlamentə görə, mövsümün gedişində hər bir komanda iki çəkiliş günü trasda çalışa bilər, amma bu zaman maşına nümayiş təkərləri taxılır və ümumən 100 km məsafə qət edilir. Komandanın 2014-cü ildə istifadə etdiyi F14-T bolidinin sükanı arxasında Sebastyan Fettel işləyəcək.

Gazzetta dello Sport-un bildirdiyinə görə, alman sürücü gələn həftə Pol Rikarda keçiriləcək Pirelli-nin testlərində də çalışacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 165
Teqlər , , , , ,
Paylaş

logo