18 Noyabr 2018, Bazar - 14:24

Ferrari: Aerodinamik boru düzgün sazlanmayıbmış?

Ferrari: Aerodinamik boru düzgün sazlanmayıbmış?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:45 - 05 May, 2011

İstisna deyil ki, Ferrari komandasının mövsümə heç də uğurlu start almamasının səbəblərindən biri də aerodinamik borunun düzgün sazlanmaması olub. Belə […]

İstisna deyil ki, Ferrari komandasının mövsümə heç də uğurlu start almamasının səbəblərindən biri də aerodinamik borunun düzgün sazlanmaması olub. Belə bir ehtimalı Almaniyanın Auto Motor und Sport qəzeti irəli sürüb.

İlk üç Qran Pridə Skuderiyanın sürücüləri bir dəfə də olsun Podiuma qalxa bilməyiblər, hərçənd, mövsüm ərəfəsində komanda ənənəvi olaraq favoritlərdən hesab olunurdu. Çin yarışından əvvəl komandanın texniki direktoru Aldo Kosta ilk dəfə bildirmişdi ki, maşına sürətin çatışmaması aerodinamik borunun düzgün sazlanmaması ilə izah edilir.

Auto Motor und Sport-un bildirdiyinə görə, indi hər şey yoluna qoyulub, bu vacib və mürəkkəb avadanlıq artıq düzgün sazlanıb. Keçən həftə Vayrano avtodromunda Ferrari aerodinamik testlər keçirib: Jül Byanki 150º İtalia-nı düz yolda yoxlayıb və testlər sübut edib ki, düzgün sazlanmadan sonra aerodinamik borunun normal işi bərpa olunub.

Çox güman ki, komandaya formasını yığmağa vaxt lazım olacaq. Hərçənd, çox şey artıq Türkiyədə məlum olacaq, axı bu yarışa Skuderiya kompleks vacib yeniliklər hazırlayıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 179
Teqlər
Paylaş

logo