25 Sentyabr 2017, Bazar ertəsi - 13:59

F.Briatore: “Renault üçün mövsüm Bəhreyndə başlayır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:06 - 26 Aprel, 2009

Çində Renault mühəndisləri Fernando Alonsonun maşınında yeni ikili diffuzoru yoxlayıblar, amma yarış yağışlı olduğundan komanda düzgün strategiya seçməmişdi və ispan […]

Çində Renault mühəndisləri Fernando Alonsonun maşınında yeni ikili diffuzoru yoxlayıblar, amma yarış yağışlı olduğundan komanda düzgün strategiya seçməmişdi və ispan sürücü maşının üstünlüyünü realizə edə bilmədi. Bəhreyndə yeni diffuzor hər iki maşına quraşdırılıb, şənbə günü Flavio Briatore La Gazzetta dello Sport-un jurnalistlərinə bildirib ki, Renault üçün mövsüm Bəhreyndə başlayır…

Flavio Briatore: “Bizim üçün mövsüm bu həftə başlayır, artıq bizim hər iki maşına yeni diffuzorlar quraşdırılıb və biz KERS-dən istifadə edə bilirik. Mübarizə çətin olacaq, amma Alonso hər şeyə qadirdir – keçən mövsümün ikinci yarışında o hamıdan çox xal toplamışdı. Diffuzorlarla bağlı mübahisələr çempionata təsir etdi, amma indi biz geriqalmanı aradan qaldırmaq barədə düşünə bilərik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 49
Teqlər
Paylaş

logo