F.Alonso və Santander Milad bayramını qeyd ediblər

Ferrari komandasının mətbuat xidməti bu gün komandanın əsas sponsorlarından biri olan Santander bankının Madriddəki mənzil qərargahında təşkil edilmiş bayram tədbirinə […]

Ferrari komandasının mətbuat xidməti bu gün komandanın əsas sponsorlarından biri olan Santander bankının Madriddəki mənzil qərargahında təşkil edilmiş bayram tədbirinə həsr olunmuş reliz yayıb…

Relizdə deyilir: “Madrid, 18 dekabr. Bu gün Fernando Alonso ilin sonunda tətilə yollanmazdan əvvəl daha bir rəsmi tədbirdə iştirak edib. Scuderia Ferrari Marlboro-nun sürücüsü Madriddə əsas sponsorlarımızdan biri olan Santander bankının Boadilla del Monte-də baş ofisində sosial proqramlar çərçivəsində təşkil olunmuş Santander Solidaria 2010 bayramına qatılıb.

Bayrama mindən çox adam toplaşıb, onlardan altı yüzü uşaqlar olub – balacalar hədiyyələr toplayıblar və Valora and Manos Tiendidas Foundations fondunun köməyi ilə bu hədiyyələri kasıb ölkələrin uşaqlarına göndəriblər.

Fernando Alonso: “Mən bu qədər hədiyyə görməyə şadam. Öz tərəfimdən ümid edirəm ki, gələn il hamıya dünya çempionatında qələbə bağışlayacam.”

Daha sonra Fernando Alonso və bankın icraçı direktoru Emilio Botin qeyri-adi mətbuat kobfransı keçiriblər – bu dəfə tanınmış jurnalistlərin əvəzinə sualları gənc jurnalistlər veriblər. Onlardan biri Botin və Alonsodan soruşub ki, bəlkə qələbə qazanmaq üçün bir banka Red Bull içmək lazım idi? Cavab isə yekdil və mənfi olub. Sonda Fernando komandanın rəsmi saytı üçün videomüsahibə yazdırıb.

Qarşıda Fernandonu ikihəftəlik tətil gözləyir, ispaniyalı sürücü ailəsi və dostları ilə dincələcək. Yanvarın 10-da Fernando Madonna di Kampilyoda Wrooom-un ənənəvi qış bayramına qatılacaq – son illər Scuderia Ferrari Marlboro idman mövsümünü bu tədbirlə açır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*