14 Dekabr 2018, Cümə - 16:34

F.Alonso: “Əsas rəqibim Həmiltondur”

F.Alonso: “Əsas rəqibim Həmiltondur”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:18 - 20 Yanvar, 2013

Fernando Alonso əvvəlki kimi hesab edir ki, baxmayaraq ki, keçən il Sebastyan Fettel ardıcıl üçüncü titulunu qazanıb, Lyuis Həmilton onun […]

Fernando Alonso əvvəlki kimi hesab edir ki, baxmayaraq ki, keçən il Sebastyan Fettel ardıcıl üçüncü titulunu qazanıb, Lyuis Həmilton onun ən güclü rəqibi olaraq qalır…

Fernando Alonso: “Düzünü desəm, qarşıdakı mövsümdə mənim əsas rəqibim kimin olmasını bilmirəm. Amma bu, ən yaxşı komandanın sürücüsü olacaq – onun komandası yeni mövsümə ən yaxşı hazırlaşmalı, testləri effektiv keçirməlidir, sürücünün özünün isə bir az bəxti olmalıdır: bütün bu faktorlar sürücüyə və ya komandaya digərlərini qabaqlamağa imkan verir.

Sürücülərdən hansı güclü olacaq? Mən hesab edirəm ki, Həmilton. Keçən il ən güclü rəqibim Lyuis idi, elə bu il də belə olacaq. Bu, mənim şəxsi fikrimdir və siyasətə aid deyil. Mənim diqqət dairəmdə olan yeganə sürücü məhz Həmiltondur.”

Bəs nə üçün Fetteli güclü rəqib hesab etmir? – sualına Alonso belə cavab verib: “Mən demirəm ki, Fettel ən güclü sürücü deyil. 2011-ci ildə Fettel fantastik nəticələr göstərdi. Doğrudan da, onun maşını çox sürətli idi, Red Bull sürücüləri stabil ilk iki yeri tuturdular, maşın belə sürətli olanda bəzi yarışlarda zəif çıxış edə bilərsən.

Amma mən 2011-ci ildə dəyişən hava şəraitində keçən çətin yarışları da xatırlayıram – Fettel həmin yarışlarda da səhvə yol vermirdi. Sözsüz ki, son üç ildə o hamıdan güclü olub və üç titula da layiqdir.”

Alonsonun fikrincə, Həmilton artıq gələn il qələbələr uğrunda mübarizə aparacaq: “Əminəm ki, Lyuis gələn il qələbə qazana biləcək – o əla sürücüdür, çünki müxtəlif maşınların sükanı arxasında qalib gəlib. Lyuis karyerasının hər bir ilində qələbə qazanan yeganə sürücüdür. Keçən il Niko Rosberq Çində Mercedes AMG-nin sükanı arxasında qələbə qazandı. Ona görə də Həmilton bu komandada da qələbə qazana bilər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 169
Teqlər , , , , , , ,
Paylaş

logo