21 Sentyabr 2017, Cümə axşamı - 12:52

F.Massanın bloqu: “Bakı həmişə xatırlayacağım yarış ola bilərdi”

F.Massanın bloqu: “Bakı həmişə xatırlayacağım yarış ola bilərdi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 30 İyun, 2017

Williams komandasının sürücüsü Felipe Massa ənənəsinə sadiq qalaraq, Azərbaycan yarışından sonra da bloq yazısı yazıb. F-1.az saytı olaraq braziliyalı sürücünün doğma Bakımızda keçirilən yarış barədə bloqunu nəzərinizə çatdırırıq.

Felipe Massa: “Azərbaycan yarışının müəyyən nöqtəsində düşündüm ki, bu yarış karyeramda unudulmazlardan biri olacaq. Lakin yarışı bitirə bilməyənlərin siyahısına düşdüm. Sıfır xal aldım və yaxşı nəticə almadığım üçün çox məyus oldum. Sərbəst yürüşlər və sıralanma turunda bolidimdən razı idim. Asanlıqla onluğa düşəcəyimizi gözləyirdim və nəticələr bunu təsdiqlədi. Amma yarışı qazanacağımızı xəyal belə etmirdim. Bu ehtimal qırmızı bayraqlar çıxan zaman əmələ gəldi. İki Force İndia və Kimi Rəykköneni qabaqlamışdım. Həmilton və Fetteldən sonra 3-cü yerdə idim. O vaxtı onların gözlənilməz problemlərlə üzləşəcəyini bilmirdim və əmin idim ki, restartdan sonra onlar gözdən itəcəkdilər. Lakin podiuma yüksəlmək belə bizi xoşbəxt edəcəkdi. Amma restart verilən kimi boliddə bir şeyin işləmədiyini hiss etdim. Ümid edirdim ki, təmir ediləcək problem olsun. Amma qısa müddət ərzində mexaniki problem olduğunu anladım. Boksa gələndə problemin böyük olduğunu anladım – asılqan…

Buna görə də yarışım böyük məyusluqla bitdi. Amma qalan dövrələri boksda komandamla izlədik və komanda yoldaşım Ləns Strollun ilk podiumunu bir yerdə qeyd etdik. Sözün açığı yarışda mübarizə aparmaq istəsəm də, gözlənilməz problemə görə mübarizəni dayandırdım. Ancaq Lənsə görə sevincliyəm. Kanadada ilk xallarını qazandıqdan sonra özünə inamı artdı və mənim sazlanmalırımı öz stilinə uyğunlaşdırdığı üçün sevincliyəm. İlk gündən etibarən mənim sazlanmalarımı istifadə etməyə başladı və tez uyğunlaşdı. Mövsümün ilk yarışları Ləns üçün çətin olsa da, Monreal və Bakıda hər şey tərsinə döndü.

Formula1 Bakıdan çox hadisələrlə ayrıldı. Fettellə Həmilton arasında olanlar da çox vacib idi. Televizordan hadisələri gördüm. Lyuisin yavaş getməsi ola bilsin ki, Sebastyanı təəccübləndirib. Amma onun reaksiyasına çox təəccübləndim. Artıq Avstriya yarışına hazırlaşacağıq. Red Bull Rinq Williams-ın həmişə güclü çıxış etdiyi tras olub. Boliddə bəzi yeniliklər olacaq və ümid edirəm ki, podium mübarizəsin yaxınə olarıq. Son iki yarışda əldən verdiyimiz fürsətləri tezliklə kompensə etmək istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 650
Teqlər , , , , ,
Paylaş

logo