23 Oktyabr 2017, Bazar ertəsi - 17:23

F.Massa Şumaxerin irsini davam etdirmək istəyir

F.Massa Şumaxerin irsini davam etdirmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

16:13 - 06 May, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, vaxtında Şumaxerin ona öyrətdiklərini indi gənc komanda yoldaşı Ləns Strolla öyrədir.

F-1.az xatırladır ki, Felipe Massa və Mixael Şumaxer 2006-cı ildə Ferrari-də komanda yoldaşı olmuşdular.

Qeyd edək ki, Ləns Stroll bu mövsüm çıxdığı 4 yarışda heç bir xal qazanmayıb. 18 yaşlı sürücü ilk 3 yarışda finiş görə bilməmışdı. Debütant sürücü yalnız sonuncu Rusiya yarışında damalı bayraq görə bilmişdi.

Felipe Massa: “Onun atdığı dövrələri dəyərləndirəndə görürük ki, bəzi döngələrdə vaxt itirir və mən ona harada nə etməli olduğunu başa salıram. Ona kömək etdiyim üçün xoşbəxtəm.

Valtteri ilə də münasibətim yaxşıdır. O da komandaya gələndə çox gənc idi və bir-birimizlə bilgiləri paylaşandan sonra gücləndi. Mən bilgi paylaşmağı heç vaxt problem etməmişəm. Buna görə çox xoşbəxtəm. Stroll da vaxt keçdikcə daha güclü olacaq və mən bu inkişafın bir parçası olduğum üçün çox xoşbəxtəm.

Vaxtında Mixael də mənə çox şey öyrətdi. Çox şeyi onun hesabına öyrəndim və mən onun mirasını davam etdirmək istəyirəm. Mixaelə daim suallar verirdim. Təbii ki, cavabları həmişə havayı vermirdi, amma həmişə kömək edirdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 913
Teqlər , , ,
Paylaş

logo