15 Dekabr 2017, Cümə - 21:58

F.Massa: “Kubitsa və di Restanın testlərinin mənası yoxdur”

F.Massa: “Kubitsa və di Restanın testlərinin mənası yoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 05 Oktyabr, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Robert Kubitsa ilə Pol di Restanın edəcəkləri testlər əhəmiyyət kəsb etmir.

F-1.az xatırladır ki, britaniyalılar 2018-ci il üçün di Resta və Kubitsa ilə maraqlanırlar və buna görə də hər iki sürücü ilə də 2014-cü ilin bolidi ilə testlər ediləcək.

Felipe Massa: “Məncə, bu heç nəyi dəyişməyəcək. Hazırda komandaya 100 faiz gücümü qoyuram. Dörd il əvvəlki bolidlə test etsəniz, fərqli nəticələrlə üzləşə bilərsiniz.

Gələn il nələrin olacağını bilmirəm. Son yarışlarda əlimdən gələni etməyə çalışıram. Gələn il də burada qalmaq istəyirəm. Komandaya daha çox fayda verə bilərəm. Amma son qərarı komanda verəcək. Onlar məndən razıdırlarsa, qalacam.

Lakin Braziliya yarışından əvvəl mənimlə bağlı son qərarı versələr, sevinərəm. Görək nə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 162
Teqlər , , , , ,
Paylaş

logo