19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:45

F.Alonso nəticədən razıdır

F.Alonso nəticədən razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

23:46 - 10 İyun, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso Kanadadakı sıralanma turundan sonra nəticədən razı qaldığını deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadada həftəsonuna pis başlasa da, sıralanma turunda 12-ci yeri tuta bilib.

Fernando Alonso: “Gözəl bir dövrə vurdum. Traffik yox idi və əlimdən gələn hər şeyi etdim. 12-ci yerdə olmaq istəməzdim, lakin bolidin performansına görə sevincliyəm. Bu yerdən başlayıb xallar ala bilərik. Tutduğum yer ideal olmasa da, yarışda mübarizənin içində olmaq istəyirik. Yarışda 10-cu döngəni alıb, düzlüklərdə yerimi qorumağa çalışacam. Çox çətinlik çəkəcəyik, lakin asanlıqla təslim olmayacağıq. Ümid edirəm ki, etibarlılıq cəhətdən problem yaşamarıq. Yarışa bəzi yeni sazlanmalarla çıxacağıq. Ümid edirəm ki, işlər bizim üçün qaydasında gedər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 660
Teqlər , , ,
Paylaş

logo