23 Sentyabr 2018, Bazar - 04:40

F.Alonso: “Honda utanmalıdır”

F.Alonso: “Honda utanmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

17:36 - 29 Aprel, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso komanda yoldaşı Stoffel Vandornun mühərrik probleminə görə yarışın startında 15 yer itirməsindən sonra bildirib ki, bu hal inanılmazdır.

F-1.az xatırladır ki, Vandorn 5-ci MGU-H və turbodan istifadə edərək, bu il güc qurğusuna görə cəza alan ilk sürücü olub.

Fernando Alonso: “Dördüncü yarışda bu cəzanı alması çox pis oldu. Vandorna görə məyusam, çünki o super sürücüdür. Formula1 karyerası çətinliklərlə başladı. Amma ümid edirəm ki, bəxtəvər yarış keçirdər və ikimiz də xallar qazanarıq.

Əksər hallarda yarışı bitirə bilmədik. Bu problemlərin sərbəst yürüşlərdə yaranması bizdə inamsızlıq əmələ gətirir. Bolid də Bəhreyndəki ilə eyni boliddir. Buna görə də ilk 3 yarışda problem yaşamışıqsa, burada da yaşayarıq. Növbədə Monako və Barselona kimi yarışlar var.

Yenilənmiş Honda mühərriyi var? Haradadır? Heç nə bilmirəm. Kanadaya qədər heç nə gözləmirəm. Real danışsaq, hazırkı vəziyyətdə Honda-dan yenilik almaq çətin məsələdir. McLaren aerodinamik yeniliklər gətirib. İspaniyada şassi cəhətdən daha güclü olacağımızı düşünürəm. Monakoda da rəqabətədavamlı olacağıq. Kanadada Honda-nın gətirdiyi yeniliklərlə rəqiblərimizə yaxınlaşa bilərik.

İndiyə kimi 2017-ci ildəki kimi performans göstərdiyim olmayıb. Bunu Avstraliyadan bəri deyirəm və heç bir yarışı bitirə bilməmişəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 676
Teqlər , , , ,
Paylaş

logo