26 Sentyabr 2018, Çərşənbə - 18:42

F.Alonso Alabamada testlər keçirib

F.Alonso Alabamada testlər keçirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:09 - 06 Sentyabr, 2018

Biz artıq xəbər vermişdik ki, Amerikanın Barber Motorsport Park trasında Fernando Alonso üçün İndyCar maşınının testləri planlaşdırılmışdı.

F-1.az xəbər verir ki, dünən gecə McLaren sürücüsü Andretti Autosport komandasının (İndy 500-də Karlos Munyosun sürdüyü) maşınında testlər keçirib və qeyri-rəsmi məlumata görə, heç də pis sürət göstərməyib. Qeyd edək ki, testlər dəyişkən hava şəraitində baş tutub: səhər yağış yağsa da, nahardan sonra çıxan günəş trası qurudub…

Fernando Alonso: “Bəli, çox şən keçdi günümüz. Mən yeni maşınları test etməyi çox xoşlayıram, İndyCar maşınını belə bir trasda yoxlamaq isə xüsusi təcrübədir. Mənim bəxtim gətirdi, çünki bu gün mən həm yağışlı trasda, həm quruyan trasda, həm də tam  quru trasda işləyə bildim, ona görə də maşının davranışı barədə daha çox məlumat topladım…

Belə bir testi mən hələ keçən il planlaşdırmışdım, İndy 500-dən sonra imkanım da var idi. Amma o zaman biz buna vaxt tapa bilmədik, amma bu il hər şey alındı, ona görə də çox razıyam. Yeni maşın, komanda ilə, mühəndislərlə yeni iş təcrübəsi – ümumən, əla gün keçirdim!”


Son Xəbərlər

İnformasiya

Bölüm IndyCar
Mənbə
Baxış Sayı 144
Teqlər ,
Paylaş

logo