19 Dekabr 2018, Çərşənbə - 15:39

Erik Bulye: “Xal uğrunda mübarizə apara bilərik”

Erik Bulye: “Xal uğrunda mübarizə apara bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

08:48 - 23 Mart, 2016

McLaren komandasının idman direktoru Erik Bulye Avstraliya QP-dən sonra bildirib ki, onlar Formula1-də ilk 10 yer uğrunda mübarizə apara bilərlər…

F-1.az xatırladır ki, McLaren Honda komandası 2015-ci ildə sondan ikinci olub. Amma britaniyalılar bu il inkişaf ediblər və ilk yarışda xal qazanmaq hədəf seçmişdilər, lakin bunu bacarmadılar.

Erik Bulye: “Bolidin performansı yaxşıdır və bizə cəzarət verir. Biz bilirik ki, bu il bizim rəqabətədavamlı bolidimiz var.

Gələn yarışlara bəzi yeniliklər gətirəcəyik və bu yeniliklərlə davamlı üçüncü seans mübarizəsi verəcəyik.

Əgər siz davamlı üçüncü seans üçün mübarizə aparsanız, onda fərqli bir hekayə əmələ gəlir. Bu o deməkdir ki, siz hər yarış xal mübarizəsi verə bilərsiniz”.

Bulye bildirib ki, əgər Avstraliyada Alonso qəza etməsəydi və Batton üçün səhv trategiya seçməsəydilər, onlar xal uğrunda mübarizə apara bilərdilər: “Təkər seçimində səhv etdik. Təkər tez yeyildi və daha sonra güc itirməyə başladıq.

Biz Medium təkərlərə keçdikdən sonra doğru yerdə idik, amma Felipe Nasrın axasında ilişib qaldıq. Bundan sonra da artıq çox gec idi.

Biz onlardan sürətli olsaq da, keçə bilmədik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 384
Teqlər , , , ,
Paylaş

logo