Ə.Nyui: “Bizim KERS hələ inkişafın birinci mərhələsindədir”

Malayziyada Red Bull komandası ilk dəfə KERS-i real yarış şəraitində yoxlayıb və debüt heç də uğurlu alınmayıb – Mark Uebberin […]

Malayziyada Red Bull komandası ilk dəfə KERS-i real yarış şəraitində yoxlayıb və debüt heç də uğurlu alınmayıb – Mark Uebberin maşınında sistem startdan əvvəl imtina edib, Sebastyan Fettelin maşınında isə yarışın gedişində sistemi söndürməli olublar. Komandanın texniki direktoru Ədrian Nyui hesab edir ki, sistemin etibarlılığını 100%-ə çatdırmaq üçün müəyyən vaxt keçməlidir.

Ədrian Nyui: “Bizim KERS hələ öz inkişafının birinci mərhələsindədir, biz avtoistehsalçı deyilik və rekuperasiya sistemini müstəqil hazırlamışıq, hərçənd, əvvəllər bunu etməmişdik.

Bizim bu istiqamətdə resurslarımız, büdcəmiz və təcrübəmiz məhduddurlar, ona görə də məlum deyil ki, KERS-in maksimum etibarlı və effektiv çalışmasına nail olmaq üçün nə qədər vaxt lazımdır. Hələlik isə hər gün yeni problem üzə çıxır, deməli, bu sahədə işimiz hələ çoxdur.

Markın maşınında problemlər hələ qızdrıma dövrəsində peyda olmuşdu – bu cür problemlə əvvəl rastlaşmamışdıq, nəticədə Mark startda da sistemdən istifadə edə bilmədi, Sebastyanla isə biz risk etmək istəmədik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*