Əbu Dabi-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, trasın konfiqurasiyası əvvəlki kimi qalıb, dəyişikliklər yalnız təhlükəsizlik zonalarında olub. Sola doğru olan 21-ci döngənin qarşısında xüsusi Tecpro baryerlər quraşdırılıb. Birinci döngəyə porebiklər əlavə edilib və bütün məhdudlaşdırıcı sütunlar dəyişdirilib (18 ədəd).

Sürücülər iki DRS zonasından istifadə edə biləcəklər. Əgər sürücülərin arasındakı vaxt fərqi yeddinci döngədən 49 metr əvvəl yerləşən birinci ölçmə nöqtəsində bir saniyədən az olarsa, geridəki sürücü arxa qanadın hərəkətli elementinin vəziyyətini uzun düzlüyə çxıdıqdan 390 metr sonra dəyişə biləcək. İkinci zonanın ölçmə nöqtəsi doqquzuncu döngədən 50 metr sonra yerləşir və sürücülər onuncu döngənin apeksində sistemi aktivləşdirə biləcəklər.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*