14 Dekabr 2017, Cümə axşamı - 14:10

E.Okon: “Yağışda hər şey ola bilər”

E.Okon: “Yağışda hər şey ola bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

11:42 - 16 İyul, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, sıralanma turunda çətinliklərə baxmayaraq, yaxşı nəticə qazanıb.

F-1.az xatırladır ki, fransalı sürücü Britaniyada sıralanma turunda 8-ci yeri tutsa da, Bottasın cəzasına görə yarışa 7-ci yerdən başlayacaq.

Esteban Okon: “Bizim üçün çətin keçən sıralanma turunda 8-ci olduğuma görə xoşbəxtəm. İlk sessiyada böyük risk etdik və son dəqiqədə quru hava təkərlərini götürdük. Məncə, bu qərar düzgün idi.

Bir dövrə atmaq üçün şansım var idi və Eriksson məni bir az əngəllədi. Buna baxmayaraq, ikinci sessiyaya düşmək üçün əla dövrə atdıq. İkinci sessiyada isə əyləclərim çox qızmışdı və komanda ilə radio əlaqəm kəsilmişdi. Hər şeyi komanda körpüsündən göstərilən lövhələrdən öyrənməli oldum. Keçmişdəki kimi…

Yarışa 7-ci yerdən başlayacağıq və pis nəticə deyil. Yağış yağsa, hər şey ola bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 801
Teqlər , , ,
Paylaş

logo