22 Yanvar 2018, Bazar ertəsi - 15:51

E.Okon Volffdan kömək istəyib?

E.Okon Volffdan kömək istəyib?

Müəllif: Rauf Hacıyev, redaktor

12:13 - 23 Dekabr, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon komanda yoldaşı Pereslə yaşadığı insidentlərdən sonra Mercedes Motorsport-un rəhbəri Toto Volffdan kömək istəyibmiş.

F-1.az xatırladır ki, fransalı sürücü Kanada, Azərbaycan və Belçika yarışlarında komanda yoldaşı Pereslə problemlər yaşamışdı. Xüsusən də, Belçikadakı təmasdan sonra iki sürücü arasında münasibət pisləşmişdi və Force İndia komandası onlara mübarizə aparmağı yasaqlamışdı.

Esteban Okon: “Bu hadisədən sonra gedib Toto ilə danışdım. Onun Niko və Lyuislə necə işlədiyini bilirik. Ondan tövsiyələr istədim və mənə kömək etdi. Mənə kömək etmək üçün orada idi.

Force İndia komandasından fərqli düşünürdü. Mercedes-in düşüncəsini öyrənmək mənə önəmli idi. Yekunda onlar Dünya Çempionudurlar və buna görə də nə danışdıqlarını bilirlər. Tövsiyələr barədə heç nə deyə bilmərəm, amma mənə çox köməyi dəydi. Tövsiyələrə qulaq asıram, çünki həmişə yaxşı şeylər nəsihət edirlər.

Pereslə bir-birimizə hörmət edirik və bu çox vacibdir. Komandada yaxşı atmosfer var və bolidi yaxşı təkmilləşdirmək üçün bir yerdə işləməliyik. Bir yerdə tətilə getməsək də, aramız yaxşıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 56
Teqlər , , , ,
Paylaş

logo