E.Okon: “Lekleri gözəl tanıyıram”

Mercedes komandssının ehtiyat sürücüsü Esteban Okon bildirib ki, Lekler gələn il çempionluq uğrunda mübarizə apara bilər.

F-1.az bildirir ki, hər iki sürücü uşaqlıqda kartinqdə yarışarkən rəqib olublar. Lekler gələn il Ferrari ilə yarışmağa hazırlaşdığı halda, Okon yarışa bilməyəcək.

Esteban Okon: “Məncə, Şarl gələn il çempionluq uğrunda mübarizə aparacaq. Buna təəccüblənmərəm. Onu yaxşı tanıyıram, 2005-ci ildə kartinqdə onunla rəqib idik. Yarışların birində birinci və ikinci yerlərdə gedirdik. Mən daxilə girdim və son dövrənin son döngəsində qəza etdik. O, mübarizəni dayandırdı. Mən isə 7-ci oldum. Onunla ilk dəfə orada tanış olduq. Karyeramız ərzində mübarizə apardıq. Onun istedadına bələdəm. Ən sürətli sürücülərdən idi. Bunu gələn il sübut edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*