16 Noyabr 2018, Cümə - 07:23

E.Okon bir il fasilə götürə bilər

E.Okon bir il fasilə götürə bilər

Müəllif: Rauf Hacıyev, redaktor

15:04 - 04 Noyabr, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Esteban Okon gələn il işsiz qala bilər.

F-1.az xatırladır ki, Force İndia komandası Lourens Strolla satıldıqdan sonra Okon işsiz qalıb. Bunun səbəbi isə Ləns Strollun atasının komandasına keçməsidir.

Toto Volff: “Belə güman edirəm ki, 2020-ci ildə ona yaxşı komanda tapılacaq. Bir il fasilə verəcək, amma komanda ilə bir olacaq və inkişafa kömək edəcək. İşlər qaydasında olmasa da, ona dəstək olmalıyıq. Vəziyyət pis olsa da, Williams-dan başqa çarəmiz yoxdur. Əlimizdən heç nə gəlmir.

Məncə, Kler Uilyams komandası üçün ən yaxşı cütü seçməyə çalışır. Lakin qərar verə bilmir. Bu qərarı tezliklə verə biləcəyini düşünmürəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 211
Teqlər ,
Paylaş

logo