12 Dekabr 2018, Çərşənbə - 22:51

E.Fittipaldi əsəbi Fettelə güvənir

E.Fittipaldi əsəbi Fettelə güvənir

Müəllif: Rauf Hacıyev, redaktor

19:21 - 26 İyun, 2018

Sabiq Formula1 sürücüsü Emerson Fittipaldi düşünür ki, Fettel hələ də çempionluq uğrunda mübarizədə əsas favoritlərdən biridir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Fransa yarışının startında rəqibinə çırpılaraq, bəlkə də qələbə qazana biləcəyi yarışda 5-ci olub. Əksəriyyət Fettelin çempionluq şansının azaldığını düşünsə də, 1972-ci və 1974-cü illərin çempionu Fittipaldi belə düşünmür.

Emerson Fittipaldi: “Fettel ilk dövrələrdə çox aqressiv idi və sonra saha da əsəbləşdi. Amma Ferrari sonrakı yarışlarda daha çox qələbə qazana bilər. Son 3-4 yarışda Mercedes rəqibi Ferrari-nin inkişaf etdiyini anladı. Volff da italyanların performansından təəccüblüdür. Builki çempionatda qüvvələr bərabərdir və hətta, Red Bull-un da ayrı-ayrı yarışlarda qələbə şansı var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 121
Teqlər , , , ,
Paylaş

logo