19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:46

D.Kulthard hesab edir ki, diffuzorlar leqal sayılacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:20 - 10 Aprel, 2009

Dəvid Kulthardın fikrincə, FİA-nın Apelyasiya Məhkəməsində Brawn GP, Toyota və Williams maşınlarının diffuzorları leqal sayılacaq… Dəvid Kulthard: “Mən mühəndis deyiləm […]

Dəvid Kulthardın fikrincə, FİA-nın Apelyasiya Məhkəməsində Brawn GP, Toyota və Williams maşınlarının diffuzorları leqal sayılacaq…

Dəvid Kulthard: “Mən mühəndis deyiləm və yalnız FİA-nın texniki mütəxəssislərinin məntiqinə əsaslana bilərəm. Melburnda onlar bu maşınları leqal sayıblar və məncə, aprelin 14-də FİA bu qərarı təsdiq edəcək. Çox güman ki, yerdə qalan yeddi komanda da şassilərini dəyişməli olacaq.

Mübahisəli diffuzorlara qarşı əsas arqumentlərdən biri budur ki, onlar leqal elan olunarsa, onda yerdə qalan komandalar hazırkı maliyyə böhranı şəraitində xeyli vəsait xərcləməli olacaqlar. Razıyam, amma bu o demək deyil ki, diffuzorlar reqlamentə uyğun deyil. Sizi üstünlük qazandığınıza görə cərimə edə bilməzlər. Bu üç komanda vəsait xərcləyib öz maşınlarının aerodunamikasını qurublar, əgər diffuzorlar qadağan olunarsa, onda bu üç komanda vəsait xərcləməli olacaq.”

Xatırladaq ki, şotlandiyalı sürücü Red Bull Racing komandasında məsləhətçi vəzifəsində çalışır, bu komanda isə ilk yarışda protest qaldıran komandalardan biridir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 89
Teqlər
Paylaş

logo