23 Noyabr 2017, Cümə axşamı - 11:41

D.Rikkiardo: “Hədəfimiz mövsümün sonunda qələbə qazanmaqdır”

D.Rikkiardo: “Hədəfimiz mövsümün sonunda qələbə qazanmaqdır”

Müəllif: Rauf Hacıyev, redaktor

22:26 - 18 Fevral, 2016

Daniel Rikkardo düşünür ki, onlar 2016-cı ildə hər hansı bir yarışda qələbə qazanacaqlar.

F-1.az xəbər verir ki, Renault mühərrikləri mövsümün əvvəlində zəif təsir bağışlaya bilər, amma mövsümün ikinci yarısında inkişaf edərək, yaxşı nəticələr əldə edə bilər.

TAG Heuer brendli Renault mühərriklərindən istifadə edən Red Bull-u da bu cür aqibət gözləyir.

Daniel Rikkardo vəziyyəti şərh edib: “Biz mövsümü qələbə ilə bağlamaq istəyirik. Mən daha böyük hədəflərdən danışmaq istəyərdim. Ancaq realist olmalıyıq. Mövsümün startı bizim üçün çətin olacaq. Keçən il iki dəfə podiuma çıxdıq. Bu il də bir neçə podium qazana bilərik.

Mövsümün əvvəlində qələbə uğrunda mübarizə apara bilməyəcəyik. İlk yarışlar keçənilkindən fərqli olmayacaq. Amma mövsüm ərzində inkişaf edəcəyik. Avropa yarışlarından sonra inkişaf etməliyik.

Güc qurğusunda Mercedes və Ferrari-yə nisbətən çox inkişaf edə bilərik. Əgər düz işləsək, böyük addım ata bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 265
Teqlər , , , , ,
Paylaş

logo