20 Noyabr 2017, Bazar ertəsi - 06:13

D.Rikkardo arıqlamalı olub

D.Rikkardo arıqlamalı olub

Müəllif: Rauf Hacıyev, redaktor

12:02 - 20 Fevral, 2016

Daniel Rikkardo bildirib ki, Red Bull komandası 2016-cı il mövsümündən əvvəl ondan arıqlamağı tələb edib…

F-1.az xəbər verir ki, Red Bull builki boliddə hər şeyi son həddə qədər istifadə edib. Ona görə də onlar Rikkardodan arıqlamağı tələb ediblər. Bundan sonra avstraliyalı sürücü 3 kiloqram arıqlayıb, amma komanda bir az daha arıqlamasını tələb edib: “3 kiloqram arıqlamışam, amma 2 kiloqram da arıqlamalıyam.

Arıqlamaq əyləncəli deyil, amma əla mübarizədir. Bilirəm ki, bunu edə bilərəm və ümid edirəm ki, bacaracam. Qış tətilində çox kökəlməmişəm.

Bolidin ağırlığına görə son həddəyik və bizə deyildi ki, keçənilkindən arıq olmalısınız. Ona görə də bu bir az 2014-cü ilə oxşayacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 232
Teqlər ,
Paylaş

logo