18 Dekabr 2017, Bazar ertəsi - 13:08

D.Rikkardo: “Yarışda əylənəcəyik”

D.Rikkardo: “Yarışda əylənəcəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

09:05 - 25 Aprel, 2017

Üç dəfə keçirilmiş Rusiya Qran Prisində sadəcə bir dəfə – 2014-cü ildə 7-ci olaraq xal alan Daniel Rikkardo builki yarışda əylənmək istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçənilki Rusiya yarışının startında yaşanan insidentlərə görə 11-ci yeri tutaraq xalsız qalmışdı.

Daniel Rikkardo: “Tras yeni olsa da, burada 3 dəfə yarışmışıq və asfaltın daha yaxşı vəziyyətdə olmasını gözləyirəm. Ostində də vəziyyət eyni idi, amma sonradan düzəlmişdi. Bu il asfaltla ilişmə daha yaxşı olacaq və bolidlər də sürətlənəcəklər. Bu yarışı səbirsizliklə gözləyirəm. Soçidə bəxtəvər deyiləm. Ümid edirəm ki, bu həftəsonu işlər qaydasında gedər. Düşünürük ki, buradakı uzun düzlüklər bizə problem yaratmayacaq. Trasın bəzi hissələrini Hindistana bənzədirəm. Porebriklərin istifadəsi bəsitdir və yüksək sürətlə keçdiyimiz döngələr var. Əyləncəli yarış olacaq. Məqsədimiz bacardıqca çox xal toplamaqdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 823
Teqlər , , ,
Paylaş

logo