20 Noyabr 2017, Bazar ertəsi - 06:07

D.Rikkardo: “Red Bull-un yeganə problemi mühərrikdir”

D.Rikkardo: “Red Bull-un yeganə problemi mühərrikdir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:29 - 11 Fevral, 2016

Red Bull komandasının sürücüsü Daniel Rikkardo düşünür ki, komandanın 2016-cı il üçün ən müəmmalı yeri mühərrikdir…

F-1.az xatırladır ki, Red Bull bu ildən etibarən TAG Heuer brendi altında Renault mühərriklərindən istifadəy davam edəcək.

Daniel Rikkardo düşünür ki, Red Bull bütün problemləri dəf edib və onlar yenə də çox güclüdürlər, amma mühərrik onları yenə də yarı yolda qoya bilər: “Biz bu mövsüm çempionluğu düşünmürük. Bu doğru olmaz. Yeniliklərimiz işləsə, əla olar. Düşünürəm ki, biz əla platformaya sahibik.

Komandanın keçənilki bolidi təkmilləşdirməsi təkcə komandada olan keyfiyyəti yox, komanda daxilində olan motivasiyanı da göstərdi. Komandada uğura şübhə edən və ya motivasiyasını itirən adam görmədim. Hamı uğura acdır.

Heyf ki, hər şey sahib olduğumuz mühərrikdən asılı olacaq və hər şeyi o mühərrik bəlli edəcək. Ancaq 2016-cı ildəki bolidimiz mexaniki cəhətdən güclü ola bilər, amma mühərrikin necə olacağı müəmmalıdır.

Keçən il heç bir hədəfimizə çata bilmədik. Bu reallıqdır. 2014-cü ildə 3 yarış qazanmışdıq və keçən mövsümə də ən azı 3 yarış qazanmaq hədəfi ilə başladım. Bu çox təbiidir. Renault mühərriklərini təkmilləşdirmişdi və qışda çoxlu test etdik. Ona görə də uğur qazanmağı gözləyirdim, amma ilk yarışlardan sonra bütün bu gözləntilərimi pəncərədən aşağı buraxdım.

Ancaq bütün bunlara baxmayaraq, hər şeyi öz lehimizə çevirdik. Mühərriklə bağlı problem yaşasaq da, ilk yarışlarda şassi də pis vəziyyətdə idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 207
Teqlər , , ,
Paylaş

logo