18 Noyabr 2018, Bazar - 12:12

D.Rikkardo bolidin tempinə təəccüblənib

D.Rikkardo bolidin tempinə təəccüblənib

Müəllif: Rauf Hacıyev, redaktor

11:09 - 15 Aprel, 2017

Bəhreyndə cümə gününü lider Sebastyan Fettelin 0.066 saniyə gerisində bağlayan Daniel Rikkardo komandası Red Bull-un bu sürətinə təəccüblənib.

F-1.az xatırladır ki, Red Bull komandası mövsümə çempionluq iddiası ilə başlasa da, ilk iki yarışda Ferrari və Mercedes-dən çox geridə qalmışdı. Amma Rikkardo düzlüklərinə görə Red Bull üçün əlverişsiz olan Bəhreyn trasında cümə sərbəst yürüşlərində rəqibi Fetteldən cəmi 0.066 saniyə geri qalaraq 3-cü olub.

Daniel Rikkardo: “Bu gün tempimiz əla idi və bunun haradan gəldiyini başa düşmədim. Keçən həftəyə nisbətən yaxşı vəziyyətdəyik və xoşbəxtəm. Bu gün çoxlu dövrələr vurduq və yaxşı məlumatlar topladıq. Bu sürətimizi sıralanma turu və yarışa da daşımalıyıq. Hazırda belə görünür ki, yaxşı xallar qazanmaq üçün şansımız var və bundan istifadə etmək istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 839
Teqlər , , , ,
Paylaş

logo