23 Noyabr 2017, Cümə axşamı - 22:29

D.Pedrosa Yamaha-ya keçir?

D.Pedrosa Yamaha-ya keçir?

Müəllif: Rauf Hacıyev, redaktor

20:22 - 07 May, 2016

Bəzi xəbərlərə əsasən Yamaha-nın titul sponsoru Movistar Dani Pedrosanı Yamaha-ya transfer etmək istəyir.

F-1.az xatırladır ki, bu həftə çıxan bəzi xəbərlərdə deyilmişdi ki, Yamaha komandası Lorensonun yerinə Dani Pedrosonı komandaya gətirmək istəyir.

Xatırladaq ki, Pedrosa 2003-cü və 2005-ci illərdə aşağı seriyalarda Movistar-ın sponsorluq etdiyi Honda-da Dünya Çempionu titulunu qazanıb və 2006-cı ildən etibarən Honda-nın zavod komandasında çıxış edir.

Lorenso Yamaha-dan ayrılandan sonra yaponlar Maverik Vinyalesi transfer etmək istəsələr də, Suzuki komandası Vinyalesə azad agent statusu vermək üçün Yamaha-dan pul tələb edib.

Pedrosa da bu barədə danışıb: “Vəziyyətim iki həftə əvvəl olduğu kimidir. Masanın üstündə bir və ya iki transfer təklifi var”.

Bəzi xəbərlərə görə, Movistar Yamaha komandasında bir ispaniyalı sürücü görmək istəyir və bu sürücü ya Pedrosa olacaq, ya da Vinyales olacaq.

Amma Honda-ya yaxın mənbələrin verdiyi xəbərə əsasən, yaponlar Pedrosanı əldən buraxmaq fikrində deyillər…


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 336
Teqlər , , , , ,
Paylaş

logo