17 Oktyabr 2017, Çərşənbə axşamı - 21:03

D.Kvyat: “Peres, Playstation oynamırsan”

D.Kvyat: “Peres, Playstation oynamırsan”

Müəllif: Rauf Hacıyev, redaktor

12:05 - 29 May, 2017

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat Monako yarışında mübarizəni dayandırmasına səbəb olan Serxio Peresi sərt şəkildə tənqid edib.

F-1.az xatırladır ki, Serxio Peres yarışın sonunda əvvəlcə Stoffel Vandorna hücum edərək, 10-cu yerə yüksəlib və belçikalı sürücünün baryerlərə çırpılmasına səbəb olub. Meksikalı sürücü bundan sonra 9-cu yerə yüksəlmək üçün Kvyatı izləməyə başlayıb. 27 yaşlı sürücü yarışın 72-ci dövrəsində Rascasse-da Kvyata hücum edərkən insident yaşayıb və rusiyalı sürücünün mübarizəni dayandırmasına səbəb olub. Peres bu insidentdən sonra 15 yarışlıq xalalma seriyasını da dayandırıb.

Daniil Kvyat: “Sadəcə işimlə məşğul idim və bolidi finişə çatdırmaq istəyirdim. 9-cu yer əla nəticə idi. Bilirdim ki, Peresin təkərləri təzədir və Vandorna etdiyi hücumdan sonra öz-özümə “diqqətli ol, bu adam başa bəladır” dedim. Arxamda olduğu zaman trayektoriyamı saxladım və sonra çox geridən hücum etdi. Onu heç görmədim də. Zərbəni hiss edəndə anladım ki, yarış mənim üçün bitdi. Elə bil Playstation oynayırdı. Real həyatda bunu etməzlər. Çox məyusam. O hücum çox çarəsizcəsinə edildi. Bu cür təcrübəsi olan və podiuma yüksəlmiş sürücü necə belə axmaq və məntiqsiz hərəkət etdi? İşimlə məşğul idim və yaxşı xallar qazanacaqdım. Sonra Peres gəldi və yarışım məhv oldu…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 236
Teqlər , , , ,
Paylaş

logo