D.Kulthard: “Alonso ən yaxşısına layiqdir”

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Fernando Alonso daha çox uğur qazanmağa layiqdir.

F-1.az xatırladır ki, Fernando Alonso Formula1 tarixinin ən güclü sürücülərindən biri sayılır, amma həmişə səhv vaxtda səhv komandada olur. Bunlardan biri də McLaren komandasıdır.

Devid Kulthard: “Qalib gəlsə də-gəlməsə də, Fernando Alonso Formula1 tarixinin ən yaxşı sürücülərindən biridir. Onun bolidi sürətli olmasa da, o həmişə öz istedadını göstərə bilir.

Komanda rəqabətədavamlı olsaydı, Fernando çempion ola bilərdi. Onun daha çox çempionluq qazanmasını istəyirəm. O daha çox uğur qazanmağa layiqdir, amma həmişə layiq olduğunuzu əldə edə bilməzsiniz. Həyat belədir. Alonso çox güclü sürücüdür və yaxşı sürür, amma bolidi uğur qazanmasına icazə vermir.

Mən McLaren-in bu il podium qazanacağına inanmıram. Komanda bu il inkişaf edəcək, amma bu il uğur qazanacaqlarına inanmıram. Onlar hər yarışda xal almalıdırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*