22 Oktyabr 2017, Bazar - 10:32

Çin Qran Prisindən sonra sürücülərin cərimə balları

Çin Qran Prisindən sonra sürücülərin cərimə balları

Müəllif: Elçin Zodorov, redaktor

16:17 - 10 Aprel, 2017

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xəbər verir ki, Çində keçirilən mövsümün ikinci yarışında stüardlar “boş dayanmayıblar”. Sıralanma turunda Antonio Covinatsinin qəzasına görə çıxan sarı bayraqlar altında sürətlərini azaltmayan Colion Palmer və Roman Qrojan 3 balla cərimələniblər. Niko Hülkenberqə isə yarışda yol verdiyi qayda pozuntularına görə 4 cərimə balı yazılıb.

Bu həftəsonu baş tutacaq Bəhreyn yarışından əvvəl heç bir sürücünün balı silinməyəcək. Lakin yarışın növbəti günü Niko Hülkenberqin balansından iki bal silinəcək – alman sürücü 2016-cı il aprelin 17-də Çində cəzalandırılmışdı…

YerNSürücüBal1-ci cərimə2-ci cərimə3-cü cərimə4-cü cərimə
126Daniil Kvyat83 (Rusiya, 2016)2 (Monako, 2016)2 (ABŞ, 2016)1 (Meksika, 2016)
221Esteban Qutyerres72 (Rusiya, 2016)2 (Macarıstan, 2016)3 (Belçika, 2016)
330Colion Palmer72 (Avstriya, 2016)2 (Əbu Dabi, 2016)3 (Çin, 2017)
45Sebastyan Fettel62 (Britaniya, 2016)2 (Malayziya, 2016)2 (Meksika, 2016)
56Niko Rosberq62 (Avstriya, 2016)2 (Almaniya, 2016)2 (Malayziya, 2016)
627Niko Hülkenberq62 (Çin, 2016)4 (Çin, 2017)
755Karlos Sayns52 (Rusiya, 2016)2 (Almaniya, 2016)1 (Meksika, 2016)
894Paskal Verlyayn44 (Monako, 2016)
931Esteban Okon42 (Sinqapur, 2016)2 (Braziliya, 2016)
1020Kevin Maqnussen42 (İspaniya, 2016)2 (ABŞ, 2016)
1112Felipe Nasr42 (Avstriya, 2016)2 (İtaliya, 2016)
1211Serxio Peres33 (Sinqapur, 2016)
1330Roman Qrojan33 (Çin, 2017)
147Kimi Rəykkönen22 (Avropa, 2016)
159Markus Eriksson22 (Monako, 2016)
1688Rio Haryanto22 (Avstriya, 2016)
1719Felipe Massa22 (Braziliya, 2016)
1877Valtteri Bottas22 (Monako, 2016)
1933Maks Ferstappen11 (Meksika, 2016)

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 662
Teqlər , , ,
Paylaş

logo