19 Noyabr 2018, Bazar ertəsi - 05:28

Çin-2017: Tras və statistika

Çin-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:26 - 06 Aprel, 2017

Çin torpağında nəzərdə tutulan Formula1-in debütünə ilyarım qalmış, 2003-cü ilin aprelində mühəndis və arxitektorlar qrupu birinci dəfə gələcək trasın tikiləcəyi yerə baş çəkiblər. O zaman heç kim inanmırdı ki, belə böyük bir kompleksi 18 aya tikmək mümkündür, amma çinlilər hamını qrafikə dəqiq əməl etmələri ilə təəccübləndirdilər.

Trasın arxitektoru Hermann Tilke çin dilində ŞAN (Şanxayda yarışmaq) heroqlifindən istifadə etdi və qurduğu trasların bir-birinə oxşamamasını sübut etdi. Yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol – ötmək imkanı verən sürətli tras. Deyilənlərə görə, yarış kompleksinin ümumi dəyəri 325 milyon dollar olmuşdu.

Yeni avtodrom sürücülərin xoşuna gəldi. Hücum etmək imkanı verən geniş tras, düz uzun yolun sonunda əylənmədə ötmək imkanı, geniş təhlükəsizlik zonaları və əla xidmət vasitələri – tamaşaçılara başqa nə lazımdır?

Çin avtodromunun ən başlıca problemi 200 minlik tribunaların olmasına baxmayaraq yerli azarkeşlərin milli yarışa maraqlarının böyük olmamasıdır. Təşkilatçılar boş yerləri xüsusi örtüklərlə bağlayırlar və FOM isə kameraları elə yerləşdirir ki, ekranlarda boş yerlər çox görünməsinlər.

 

2017 FORMULA 1 HEİNEKEN CHINESE GRAND PRIX
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
7-9 aprel 2017Shanghai İnternational Circuit5451 m56305.066 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Trasın konfiqurasiyası çox mürəkkəbdir və iki çətin sağ döngə sürücülərin işini lap çətinləşdirir. Radiusu artan bu döngələrdən birinin çıxışı təqvimdə ən uzun düzlüklərdən birinə çıxarır – daxili yanma mühərriyi maksimum dövriyyələrdə 20 saniyə çalışmalıdır – dövrənin təxminən beşdə biri.

İlk üç döngə ardıcıllığı çox maraqlı alınıb – mühəndislər bu hissəni minimum zaman ərzində qət etmək üçün sazlanmalar axtarışını son anədək davam edirlər. Tras elə də hamar deyil, asfalt örtüyünün xüsusiyyətləri hər il fərqlənir.

Tras asfaltayatma qüvvəsinin orta kəmiyyətini  və düzlüklərdə sürətlə yavaş döngələrdə asfaltla ilişmə arasındakı ənənəvi kompromisi tələb edir. Uzunmüddətli döngələrin çoxluğuna görə maşının sazlanması zamanı izafi dönüşlüyün yaranmaması vacibdir.

Trasda iki müstəqil DRS zonası var – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.

Təkərin yeyilməsi elə də çox deyil, iki ilbizvari döngə ön sol təkəri yüklədiyi üçün ən çox həmin təkər yeyilir. Əyləclərə yüklənmə olduqca çoxdur. Ən uzun düzlüyün sonunda sürücülər 100-120 metr ərzində sürətlərini 330 km/saatdan 60 km/saatadək azaldırlar.

2016-cı ilin Çin Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərGünəşli, quruNiko RosberqMercedes AMG1:38.037
2-ci sərbəst yürüşlərBuludlu, quruKimi RəykkönenFerrari1:36.896
3-cü sərbəst yürüşlərBuludlu, yağışlıSebastyan FettelFerrari1:57.351
Sıralanma turuBuludlu, qurumaqda olan trasNiko RosberqMercedes AMG1:35.402
Yarışda sürətli dövrəGünəşli, quruNiko HülkenberqForce İndia1:39.824

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Çin Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz.

Çin Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
7 aprel1-ci sərbəst yürüşlər06:00
7 aprel2-ci sərbəst yürüşlər10:00
8 aprel3-cü sərbəst yürüşlər08:00
8 aprelSıralanma turu11:0010:30
9 aprelYarış10:0009:30

 

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Şanxaya orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək, son iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır.

Reqlamentdəki ciddi dəyişikliklərdən sonra komandalar ilk 5 yarış üçün güzəşt əldə ediblər – Pirelli hər bir sürücüyə 2 dəst Medium, 4 dəst Soft və 7 dəst SuperSoft təkərlər verəcək. Təkərlərin builki bərkliyini nəzərə almaqla demək olar ki, yarışda hamı bir pit-stop edəcək.

 

Chinese Grand Prix, Race

 

STATİSTİKA

Hazırkı pilotların Çin Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
Lyuis Həmilton10142574
Sebastyan Fettel10106341
Fernando Alonso1396252
Kimi Rəykkönen117451
Felipe Massa13462
Daniel Rikkardo632
Daniil Kvyat3161
Roman Qrojan516
Valtteri Bottas515
Niko Hülkenberq79
Maks Ferstappen24
Karlos Sayns22
Serxio Peres62
Markus Erikson31
Kevin Maqnussen2
Colion Palmer1
Stoffel Vandorn
Esteban Okon
Ləns Stroll
Antonio Covinatsi

 

Çin Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
17.04.2016ŞanxayN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
12.04.2015ŞanxayL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
20.04.2014ŞanxayL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
14.04.2013ŞanxayL.HəmiltonMercedes AMGF.AlonsoFerrari
15.04.2012ŞanxayN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
17.04.2011ŞanxayS.FettelRed BullL.HəmiltonMcLaren
18.04.2010ŞanxayS.FettelRed BullC.BattonMcLaren
19.04.2009ŞanxayS.FettelRed BullS.FettelRed Bull
19.10.2008ŞanxayL.HəmiltonMcLarenL.HəmiltonMcLaren
07.10.2007ŞanxayL.HəmiltonMcLarenK.RəykkönenFerrari
01.10.2006ŞanxayF.AlonsoRenaultM.ŞumaxerFerrari
16.10.2005ŞanxayF.AlonsoRenaultF.AlonsoRenault
29.09.2004ŞanxayR.BarrikelloFerrariR.BarrikelloFerrari

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 567
Teqlər , ,
Paylaş

logo