16 Noyabr 2018, Cümə - 13:39

Çempionlar yarışı Meksikada baş tutacaq

Çempionlar yarışı Meksikada baş tutacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:06 - 23 Oktyabr, 2018

Meksika Qran Prisi ərəfəsində məşhur Çempionlar Yarışının təşkilatçıları elan ediblər ki, növbəti yarış yanvarın 19-20 tarixlərində elə Mexikoda, əfsanəvi Foro Sol stadionunda baş tutacaq.

F-1.az yarışın rəsmi saytına istinadən bildirir ki, hazırda bu stadion elə Formula1 trasının bir hissəsidir və son sektorunda yerləşir. Ənənəvi olaraq, Çempionlar Yarışı üçün stadionda ROC maşınları üçün xüsusi tras salınacaq.

Çempionlar Yarışı ilk dəfə Latın Amerikasına təşrif buyuracaq. Əvvəllər ancaq Avropada baş tutan yarış son illərdə Pekin, Mayami, Banqkok, Mayami, Barbados və Ər-Riyada keçirilib.

Frederik Yonson, ROC-nin prezidenti: “Biz Çempionlar Yarışı ilə Mexikoya gəlməyə şadıq. Foro Sol – avtoidman yarışlarını izləmək üçün gözəl arenadır və təəccüblü deyil ki, məhz ona görə Formula1 azarkeşlərindən yüksək qiymət alıb. Növbəti ROC yarışı üçün ideal yer seçilib, dahi sürücülər burada öz bacarıqlarını nümayiş etdirəcəklər”.

Növbəti yarışın iştirakçılarının adları tezliklə açıqlanacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər
Paylaş

logo