24 Sentyabr 2017, Bazar - 09:08

C.Batton: “Mən daha yaxşı nəticə gözləyirdim”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:09 - 18 Aprel, 2009

Çempionatın lideri və mövsümün ilk iki sıralanma turunun qalibi Censon Batton Şanxayda sıralanma turunda yalnız beçinci olub və BBC-nin efirində […]

Çempionatın lideri və mövsümün ilk iki sıralanma turunun qalibi Censon Batton Şanxayda sıralanma turunda yalnız beçinci olub və BBC-nin efirində bu nəticəni şərh edərkən məyusluğunu gizlətməyib…

Censon Batton: “Mən daha yaxşı nəticə gözləyirdim. Red Bull maşınları dünən də sürətli idilər, xüsusən də sürətli döngələrdə, amma bu gün sıralanma turunun ikinci sessiyasında onlar bizdən 0.2-0.3 saniyə sürətli idilər, burda məsələ yalnız yanacağın miqdarında deyil – hamı boş baklarla işləyirdi.

Onlarla mübarizə aparmaq asan olmayacaq. Biz bilirdik ki, onlar sürətli olacaqlar, amam bu dərəcədə yox. Heyif ki, mən Rubenslə Red Bull-un arxasında start alacam – bu trasda ötmək olduqca çətindir, baxaq görək sabah yarışda necə olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 57
Teqlər
Paylaş

logo