20 Oktyabr 2017, Cümə - 07:07

C.Palmer: “Bizi çətin mövsüm gözləyir”

C.Palmer: “Bizi çətin mövsüm gözləyir”

Müəllif: Elçin Zodorov, redaktor

14:44 - 04 Fevral, 2016

Renault-yla Formula1-də debüt edəcək Colion Palmer qarşıdakı mövsümün komanda üçün asan keçməyəcəyini düşünür…

F-1.az xəbər vermişdi ki, Colion 2016-cı ildə Renault komandasının tərkibində Formula1-də mübarizə aparacaq. Komanda artıq dünən bolidini təqdim edib və komandanın heyətini açıqlayıb.

Colion Palmer: “Komandanın keçənilki vəziyyətinə əsasən deyə bilərəm ki, bizi çətin il gözləyir. Peletonun harasında olacağımız məlum deyil. Keçən il daha çətin idi. Çünki, komandanın maliyyə problemləri vardı və dəfələrlə yarışlara buraxılmama riski ilə qarşılaşdıq. Bəzi yarışlara gedərkən hətta hava limanında gözləmək məcburiyyətində qaldıq. Yaxşı ki, bütün yarışlarda iştirak edə bildik və mövsümü yekunlaşdırdıq.

Formula1-də hər kəs bizi izləyir. Bir qədər qəddar olmalıyıq və özümüzü düşünməliyik. Bu mövsüm Melbrundan etibarən əlimdən gələnin ən yaxşısını etmək məcburiyyətimdə olduğumu bilirəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 355
Teqlər , , ,
Paylaş

logo