C.Haas komandasını uğursuz sayır?

Haas komandasının sahibi Cin Haas bildirib ki, 10 il ərzində qalib gəlmək istəyirlər.

F-1.az xatırladır ki, amerikalıların Formula1-də ən yaxşı nəticəsi keçən ilin Bəhreyn yarışında əldə etdikləri 5-cilikdir.

Cin Haas: “Əgər 5 il ərzində hələ də eyni mövqelər uğrunda mübarizə aparsaq, bu idmana niyə gəldiyimizi sorğulamalıyıq. Bu müddət ərzində əlimizə çoxlu fürsətlər düşəcək. Bunları öz xeyrimizə çevirib gözəl nəticələr ala bilərik. Təbii ki, ilk hədəfimiz orta qrupdakı ən güclü komanda olmaqdır. Bunun üçün də addım-addım inkişaf etməliyik. Buna görə də hamı əlindən gələni edir. 10 il ərzində yarış qazana bilməsək, deməli, uğursuzuq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*