C.Əllison Mercedes AMG-yə keçir?

Bəzi mənbələrin bildirdiyinə görə, təcrübəli mütəxəssis son iki ilin çempion komandasının heyətinə qoşulmağa çox yaxındır.

F-1.az xatırladır ki, Ceyms Əllison iyul ayının sonunda Ferrari-nin texniki direktoru vəzifəsindən getmiş, bunun səbəbinin isə ailə vəziyyəti olduğu bildirilmişdi. Yazda həyat yoldaşını itirən Əllison uşaqlarının yanında daha çox olmaq istədiyini bir neçə dəfə bildirmişdi.

Mercedes AMG-də Pəddi Lounun maaşı ilə bağlı müzakirələrin getdiyi bir vaxtda onun komandada uzun müddət qalıb-qalmayacağı da bir çoxlarını maraqlandırır. Əgər Lou komandadan gedərsə, Əllisonun Mercedes AMG-yə keçəcəyi məntiqli görünür.

Ferrari ilə mövcud anlaşmaya görə, Əllison gələn mövsüm heç bir komandaya keçə bilməz. Toto Volffun ona başqa vəzifə vermə ehtimalı olduğu da bildirilir. Mercedes Formula1-in güclü simalarını eyni vaxtda komandaya cəlb etməkdə təcrübəli komandadır.

Qeyd edək ki, Əllisonun komandaya gəlib-gəlməyəcəyi soruşulduqda, həm Toto Vollf, həm də Pəddi Lou cavab verməkdən imtina ediblər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*