12 Dekabr 2017, Çərşənbə axşamı - 03:05

C.Əllison Ferrari-ni təbrik edib

C.Əllison Ferrari-ni təbrik edib

Müəllif: Rauf Hacıyev, redaktor

20:29 - 31 Mart, 2017

Mercedes komandasının texniki direktoru Ceyms Əllison mövsümün ilk yarışı Avstraliyada qalib gələn sabiq komandası Ferrari-ni təbrik edib.

F-1.az xatırladır ki, Əllison keçən ilin ortasında Ferrari-dən ayrılmış və Mercedes komandasında Pəddi Lounu əvəz etmişdi.

Ceyms Əllison: “Yarışdakı nəticə göstərdi ki, iki komanda arasında kiçik fərqlər olacaq. Ferrari hazırda güclü bolidə sahibdir. Yarışda onların tempinə cavab verə biləcək gücümüz yox idi. Panikaya düşməyəcəyik. Hələ bir yarış geridə qalıb və mövsüm uzun olacaq. İki bolidimizlə də çoxlu xallar alacağıq. Növbəti yarışda kiçik fərqlərdən biz istifadə edəcəyik”.

Ferrari komandasında Əllisonu əvəzləmiş Mattia Binotto bildirib ki, mövsümiçi inkişaf çox vacib olacaq: “Komanda işinin bəhrəsini tras üzərində gördük. Hamı əvvəlkindən ikiqat çox işləyirdi. Amma qarşıda 19 yarış var və bu yarışda gördük ki, xırda səhvlə önə və ya arxaya düşmək olar. Buna görə də inkişaf üçün çox işləməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 945
Teqlər , , , ,
Paylaş

logo