23 Noyabr 2017, Cümə axşamı - 11:42

C.Batton yeni dəbilqəsini təqdim edib

C.Batton yeni dəbilqəsini təqdim edib

Müəllif: Elçin Zodorov, redaktor

21:15 - 17 Fevral, 2016

Peletonun ən təcrübəli sürücüsü Censon Batton da dəbilqəsini təqdim edən sürücülər siyahısına qoşulub.

F-1.az xatırladır ki, Censon keçən ay öz şəxsi tvitter bloqunda növbəti mövsümdə istifadə edəcəyi dəbilqənin dizaynı ilə bağlı səsvermə başlatmışdı. Səsvermə 2 dəbilqə arasında keçirilirmişdi. Onlardan biri, pilotun 2013-cü ildə istifadə etdiyi, üzərində Böyük Britaniya bayrağı əks olunan dəbilqə, digəri isə, 2015-ci ildə itifadə etdiyi ağ-qırmızı rənglərə boyanmış dəbilqə idi. Azarkeşlər 2013-cü ildəki dizayna üstünlük vermişdilər.

2009-cu ilin dünya çempionu bu gün şəxsi instagram hesabında yeni dəbilqəsinin şəklini paylaşıb. O, sözündə durub və yeni dəbilqəsinin dizaynı 2013-cü ildəki kimidir.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 373
Teqlər , ,
Paylaş

logo