17 Dekabr 2017, Bazar - 04:30

C.Batton: “Bir daha yarışmayacam”

C.Batton: “Bir daha yarışmayacam”

Müəllif: Rauf Hacıyev, redaktor

15:11 - 30 May, 2017

McLaren komandasının sürücüsü Censon Batton bildirib ki, mövsüm ərzində bir də yarışmağı gözləmir.

F-1.az xatırladır ki, Fernando Alonsonun İndy500-də yarışmağa qərar verməsindən sonra McLaren komandası Monakoda ispaniyalı sürücünü əvəzləmək üçün Battonu gətirmişdi. Lakin, 37 yaşlı təcrübəli sürücü yarışın 57-ci dövrəsində Paskal Verlyaynla insident yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.

Censon Batton: “Mövsüm ərzində yenidən yarışmağı gözləmirəm. Komanda da hər yarış sürücü heyətini dəyişdirmək istəməz. Uzun müddətdən sonra sükan arxasına keçmək əla hiss idi. Həftəsonu ərzində əlimdən gəldiyi qədər əyləndim. Hazırda həyatımdan razıyam. Ailəm və dostlarımla əla vaxt keçirirəm. Amma Monako kimi yerdə hamı yarışmaq istərdi. Qərarımdan razıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 103
Teqlər , , ,
Paylaş

logo