Bukmeykerlərdən 2013-cü il mövsümünə yeni il proqnozu

İki il ardıcıl olaraq Britaniyanın məşhur William Hill idarəsinin mütəxəssisləri çempion titulunun sahibini əvvəlcədən tapa bilirlər – 2010-cu və 2011-ci […]

İki il ardıcıl olaraq Britaniyanın məşhur William Hill idarəsinin mütəxəssisləri çempion titulunun sahibini əvvəlcədən tapa bilirlər – 2010-cu və 2011-ci ilin son günlərində bukmeykerlər reytinq cədvəlinin zirvəsinə Sebastyan Fettelin adını yazmışdılar.

2008-ci və 2009-cu illərdə bukmeykerlərin proqnozu özünü doğrultmamışdı, ona görə də bu dəfə onların proqnozu maraqla gözlənilirdi – bu dəfə də mütəxəssislər ən şanslı Fetteli adlandırıblar. Reqlament demək olar ki, dəyişməyib, ona görə də qalib adını əvvəlcədən söyləmək asandır, amma mövsüm hələ başlamayıb, titula namizədlərin sayı çoxdur və ikinci yerdə Fernando Alonso qərarlaşıb.

Keçənilki proqnozda Alonso ilə Lyuis Həmilton da ikinci sətirdə yer almışdı. Amma britaniyalı sürücü McLaren-i tərk edib və Mercedes AMG-yə keçib – maraqlıdır ki, reytinq cədvəlində Lyuis beşinci sətri McLaren-də onu əvəz etmiş Serxio Pereslə bölüşür.

2013-cü ildə çempionatda qələbə (sürücülər):
1. S.Fettel – 2.25
2. F.Alonso – 3.75
3. C.Batton – 8.00
4. K.Rəykkönen – 11.00
5. M.Uebber, S.Peres, L.Həmilton – 15.00
6. F.Massa – 34.00
7. R.Qrojan, N.Rosberq – 51.00

Həmilton 2013-cü ildə heç olmasa bir qələbə qazana biləcəmi?
1. Bəli – 1.73
2. Xeyr – 2.00

Fettel Şumaherin nailiyyətlərini yeniləyə biləcəmi?
1. Bəli, 8 və ya daha çox titul qazanacaq – 13.00
2. Bəli, 92 və ya daha çox qələbə qazanacaq – 17.00

Komanda daxilində mübarizə:
1. Red Bull: S.Fettel/M.Uebber – 1.14/5.00
2. Ferrari: F.Alonso/F.Massa – 1.10/6.50
3. McLaren: C.Batton/S.Peres – 1.36/3.00
4. Lotus: K.Rəykkönen/R.Qrojan – 1.28/3.50
5. Mercedes AMG: N.Rosberq/L.Həmilton – 3.00/1.36
6. Sauber: N.Hülkenberq/E.Qutyerres – 1.30/3.40
7. Williams: P.Maldonado/V.Bottas – 1.18/3.40

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*