19 Sentyabr 2018, Çərşənbə - 11:35

Britaniya-2018: Bukmeyker cədvəlləri

Britaniya-2018: Bukmeyker cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

12:14 - 05 İyul, 2018

William Hill idarəsinin bukmeykerləri Britaniyadakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, bukmeykerlər burada son dörd ildə qalib gəlmiş Lyuis Həmiltonun uğurlu seriyanı davam etdirəcəyinə inanırlar. Fettelin şansı isə ondan iki dəfə az qiymətləndirilib. Mercedes-in keçən yarışdakı problemləri də onların düşüncələrinə təsir etməyib.

Britaniya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton2.10
Sebastyan Fettel4.50
Valtteri Bottas, Maks Ferstappen7.00
Daniel Rikkardo7.50
Kimi Rəykkönen17.00

 

Fettel keçən həftəsonu sürücülər çempionatında yenidən liderliyə yüksəlsə də, idarənin əməkdaşları titulu Həmiltonun qazanacağına daha çox inanırlar.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton1.53
Sebastyan Fettel2.62
Valtteri Bottas51.00
Daniel Rikkardo, Maks Ferstappen67.00
Kimi Rəykkönen201.00

 

Mühəndislər Kubokunun favoriti dəyişməz olaraq qalır…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG1.25
Ferrari4.00
Red Bull34.00

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 89
Teqlər , ,
Paylaş

logo