20 Oktyabr 2017, Cümə - 01:45

Britaniya-2017: İkinci sərbəst yürüşlər

Britaniya-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

17:41 - 14 İyul, 2017

İkinci sessiyanın əvvəlində trasın üzərini buludlar alıb, lakin yağıntı olmayıb. Sürücülər təkərlərin qiymətləndirilməsi və düzgün sazlanmaları tapmaq üçün ənənəvi proqramlarını davam etdiriblər. İlk sessiyada komandalar ön təkərləri qızdırmaqda çətinlik çəkmişdilər. İkinci sessiyada diqqətlər məhz bu məsələyə yönəldilib.

F-1.az xəbər verir ki, sürücülər Soft və Silverstouna ilk dəfə gətirilən SuperSoft tərkiblərlə uzun dövrələr vurublar. Mercedes və Toro Rosso istisna olmaqla, digər komandalar Medium təkərlərlə işləməkdən imtina ediblər.

Sessiya səhvlər olmadan ötüşməyib. Sayns 12-ci döngədə idarəetməni itirərək otluğa çıxıb və sessiyanın ilk hissəsini buraxmalı olub. Həmilton və Palmer trasdan çıxıblar. Lyuis komandasına porebriklərin maşınını zədələdiyini bildirib və boksa qayıdıb. Massa və Rəykkönen də səhvə yol verən digər sürücülər olublar, lakin maşınlara ciddi zərər dəyməyib.

Bottas səhər sessiyasında olduğu kimi, bu dəfə də trasın yeni rekordunu müəyyənləşdirərək protokollara başçılıq edib – 1:28.496. Bu nəticə keçənilki poul nəticəsindən bir saniyə sürətlidir. Sabah isə rekordun yenilənəcəyinə heç kim şübhə etmir…

YerNSürücüKomandaZamanFərqDövrə
177Valtteri BottasMercedes AMG1:28.49631
244Lyuis HəmiltonMercedes AMG1:28.543+ 0:00.04735
37Kimi RəykkönenFerrari1:28.828+ 0:00.33236
45Sebastyan FettelFerrari1:28.956+ 0:00.46036
533Maks FerstappenRed Bull1:29.098+ 0:00.60231
63Daniel RikkardoRed Bull1:29.586+ 0:01.09035
727Niko HülkenberqRenault1:29.936+ 0:01.44037
819Felipe MassaWilliams1:30.006+ 0:01.51036
914Fernando AlonsoMcLaren1:30.238+ 0:01.74228
1031Esteban OkonForce İndia1:30.383+ 0:01.88742
1155Karlos SaynsToro Rosso1:30.555+ 0:02.05926
1226Daniil KvyatToro Rosso1:30.562+ 0:02.06634
1311Serxio PeresForce İndia1:30.624+ 0:02.12843
148Roman QrojanHaas1:30.661+ 0:02.16533
1518Ləns StrollWilliams1:30.695+ 0:02.19937
162Stoffel VandornMcLaren1:30.782+ 0:02.28631
1720Kevin MaqnussenHaas1:30.835+ 0:02.33933
1830Colion PalmerRenault1:30.879+ 0:02.38325
199Markus ErikssonSauber1:31.616+ 0:03.12027
2094Paskal VerlyaynSauber1:31.929+ 0:03.43330

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 936
Teqlər , , , , , ,
Paylaş

logo