22 Noyabr 2017, Çərşənbə - 07:43

Brawn GP-nin sürət ehtiyatı var

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:51 - 01 Aprel, 2009

The Guardian qəzetinə müsahibəsində Brawn GP komandasının nümayəndəsi etiraf edib ki, Avstraliya Qran Prisinin bəzi sessiyalarında komanda maşının sürətini məhdudlaşdırırdı […]

The Guardian qəzetinə müsahibəsində Brawn GP komandasının nümayəndəsi etiraf edib ki, Avstraliya Qran Prisinin bəzi sessiyalarında komanda maşının sürətini məhdudlaşdırırdı ki, rəqibləri çaşdırsın. Komandanın nümayəndəsi hesab edir ki, maşının sürətinin ehtiyatı kifayət qədərdir…

“Əgər söhbət 0.2 saniyə fərqdən gedirsə, onda rəqiblər qələbə uğrunda mübarizəyə qoşula bilərlər, amma biz yarım saniyə üstünlüyə malikik – sürətimizi hər bir sessiyada göstərmək axmaqlıqdır. Bizim bir çox elementlər kənardan baxdıqda görünür və rəqiblərimiz bu elementləri müzakirə edirlər, amma daha çox elementlər rəaiblərimizdən gizlədilib. Komandalar ayrı-ayrı elementləri nüsxələyəcəklər, onlar elə bilirlər ki, məhz filan element üstünlük verir, amma biz bir çox elementlərin cəmi sayəsində irəlidəyik.

Bizim maşının belə sürətli alınmasının əsas səbəbkarı Loik Biquadır. Loik – həqiqətən həlledici insandır, o effektiv konstruksiyalı maşın qura bilib. Daha bir faktor isə Mercedes-Benz motorudur. Qışda biz testlərin statistikasına baxırdıq və öz-özümüzdəm soruşurduq ki, niyə rəqiblərimiz belə yavaşdırlar? Hesablamalarımıza görə maşın daha sürətli olmalıdır. Bu çətin aylar ərzində biz çox şeydən keçdik, amma son nəticədə debütümüz lap Qara Fatmanın nağılına bənzədi.

Hazırda sərmayələr olduqca vacibdir, amma söhbət Formula1 miqyasında kasıb komandadan gedir – effektiv iş üçün şərait yaratmaq lazımdır. Rəqiblərimiz tezliklə bizə çatacaqlar, amma gələcəkdə Brawn GP ən yaxşı üçlükdə olmalıdır, əlbəttə, əgər reqlament və maliyyə məhdudiyyətləri stabil qalarlarsa.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər
Paylaş

logo