21 Sentyabr 2017, Cümə axşamı - 12:49

B.Ekksltoun: “Səsi dəyişmək imkanı tapmaq lazımdır”

B.Ekksltoun: “Səsi dəyişmək imkanı tapmaq lazımdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:16 - 21 Mart, 2014

Tras sahibləri ilə danışıqlarda Berni Ekklstounu yeni ittiham gözləyir – tras sahibləri müqavilələrin dəyərini azaltmaq üçün motor səslərindən narazılığı ön […]

Tras sahibləri ilə danışıqlarda Berni Ekklstounu yeni ittiham gözləyir – tras sahibləri müqavilələrin dəyərini azaltmaq üçün motor səslərindən narazılığı ön plana çəkə bilərlər. Dünən biz yazmışdıq ki, Avstraliya Qran Prisinin təşkilatçıları yeni maşınların səslərindən çox narazı olublar. Bu gün The Telegraph-a müsahibəsində Berni bildirib ki, səs mütləq dəyişməlidir…

Berni Ekklstoun: “Təəssüf ki, Melburnda mən dediklərim təsdiq olundu – yeni maşınların səsi heç yarış maşınının səsinə oxşamır. Mən FİA-nın prezidentinə dedim ki, biz bu səsi dəyişmək imkanı tapmalıyıq. Bütün tədbirləri görməliyik. Bir neçə yarış gözləyək və fəlaiyyətə başlayacayıq – biz bütün mövsümü gözləyə bilmərik, sonra çox gec olsun.

Təkcə Avstraliya deyil, artıq bir neçə Qran Prinin promouterləri mənə narazılıqlarını bildiriblər. Luka di Montedzemolo da deyib ki, Formula1-i artıq avtoidman hesab etməyənlərdən bu qədər şikayət almamışdı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 167
Teqlər , , ,
Paylaş

logo