B.Ekklstoun Todtu və FİA-nı tənqid edib

Jan Todtun FİA-nın prezidneti seçilməsindən il yarım keçib – Jan bu vəzifədə qalmaqallı Maks Moslini əvəz etmişdi. Bu müddət ərzində […]

Jan Todtun FİA-nın prezidneti seçilməsindən il yarım keçib – Jan bu vəzifədə qalmaqallı Maks Moslini əvəz etmişdi. Bu müddət ərzində fransalı mütəxəssisin fəaliyyətinə yekun vuran Formula1-in kommaersiya başçısı Berni Ekklstoun Janı kifayət qədər ciddi tənqid atəşinə tutub…

Berni Ekklstoun: “Todt Maksın ucuz versiyası kimi görünür. Jan bütün günü səyahət edir, elə işlərlə məşğul olur ki, həmin işlərə Maks heç vaxt sərf eləmirdi – uşaqları öpür, hamının əlini sıxır. Bəlkə də, bu, Formula1 üçün yaxşıdır, amma bizə Formula1-də belə şeylər lazım deyil.”

Eyni zamanda Berni qeyd edib ki, Todtun seçilməsi “Formula1-ə elə də faydalı olmayıb”, Janın yarışlara daha çox ekoloji xarakter aşılmasını isə Berni “tam zarafat” adlandırıb. Aydın məsələdir ki, Formula1-in 1.6 litrlik turbomotorlara keçirilməsi xüsusi yer alıb…

Berni Ekklstoun: “Bu, Formula1-ə lazım deyil – bu motların heç səsi də çıxmır. Mən əminəm ki, bizim çempionata enerjiqoruyan texnolgiyalara üstünlük verilməsi də laızm deyil, çünki biz heç bir enerjidən istifadə etmirik.”

Bu fikrini davam etdirən 80 yaşlı britaniyalı bildirib ki, KERS sistemi də onun ürəyincə deyil: “Bu sistem komandalara böyük vəsait hesabına başa gəlib, amma nə mən, nə də komandalar hələ bilmirlər ki, bu sistem bizə nə verib. Mənə elə gəlir ki, bu sistem heç kimi maraqlandırmır.

Qaydalar komandalar üçün yazılmalıdır. Axı komandalar küllü vəsait xərcləyirlər, onlar yarışlarda iştirak edirlər. Biz hamımız pul xərcləyirik, ona görə də qaydaları da özümüz tərtib etməliyik və FİA-ya göndərməliyik. Onlar isə nəzarət etməlidirlər ki, bu qaydaları heç kim pozmasın. Yəni polsi kimi: onların əməkdaşları qanun yazmırlar, bizə də göstəriş vermirlər ki, harda 50 km/saat sürətlə getməliyik. Ümumiyyətlə, FİA – nəsə bir zarafatdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*