16 Noyabr 2018, Cümə - 16:07

Bəhreyn-2018: Birinci sərbəst yürüşlər

Bəhreyn-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

16:37 - 06 Aprel, 2018

Bəhreyndə əsas sessiyalar axşam saatlarında süni işıqlar altında baş tutduğundan, birinci və üçüncü sərbəst yürüşlərə çox əhəmiyyət verilmir. Lakin bu gün hava buludlu olduğu üçün temperatur da axşam saatlarındakı həddə düşüb.

Bəhreyn və Çin Qran Prilərini cəmi bir həftə ayırdığı üçün komandalar çoxlu yenilik gətiriblər. Sessiyanın əvvəli aerodinamik elementlərin səmərəliliyinin yoxlanılmasına sərf edilib, daha sonra isə təkərlər üzərində işləməyə başlayıblar.

F-1.az bildirir ki, Ferstappenin maşınında ikinci dövrədə elektrik sistemində problem yaranıb. Holland sürücü RB14-ü pit-leynə çatdırmaq istəyib, lakin sonra maşını tərk edib və onu əlləriylə itələməyə başlayıb. Marşalların və mexaniklərin köməkliyi ilə maşını boksa gətirən Maks üçün sessiya başa çatıb.

Sessiyanın sonunda Qrojan və Lekler pit-leynin girişində bir-birini görmədikləri üçün toqquşmadan son anda qurtulublar. Sessiya ərzində başqa insident olmayıb. Protokollara Rikkardo başçılıq edib – 1:31.060.

Məşqlər axşam davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
13Daniel RikkardoRed Bull1:31.06011
277Valtteri BottasMercedes AMG1:31.364+ 0:00.30420
37Kimi RəykkönenFerrari1:31.458+ 0:00.39814
45Sebastyan FettelFerrari1:31.470+ 0:00.41014
544Lyuis HəmiltonMercedes AMG1:32.272+ 0:01.21217
68Roman QrojanHaas1:32.516+ 0:01.45620
710Pyer QasliToro Rosso1:32.779+ 0:01.71922
855Karlos SaynsRenault1:32.885+ 0:01.82521
920Kevin MaqnussenHaas1:32.971+ 0:01.91119
1027Niko HülkenberqRenault1:33.104+ 0:02.04417
1114Fernando AlonsoMcLaren1:33.223+ 0:02.16323
1216Şarl LeklerSauber1:33.278+ 0:02.21817
132Stoffel VandornMcLaren1:33.364+ 0:02.30425
1418Ləns StrollWilliams1:33.379+ 0:02.31922
1535Sergey SirotkinWilliams1:33.467+ 0:02.40725
1628Brendon HartliToro Rosso1:33.497+ 0:02.43725
179Markus ErikssonSauber1:33.508+ 0:02.44818
1811Serxio PeresForce İndia1:33.662+ 0:02.60223
1931Esteban OkonForce İndia1:33.794+ 0:02.73420
2033Maks FerstappenRed Bull2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 274
Teqlər , , , , , ,
Paylaş

logo